Xalq artisti Qədir Rüstəmovun səhhəti getdikcə pisləşməkdədir
08 Noyabr 2011 Çərşənbə Axşamı 18:36
Həkim: “Əgər yaxşılaşma olarsa, bu, uzun müddətli olacaq”.
İstanbulun “Acıbadem” xəstəxanasının reanimasiya şöbəsində 20 günə yaxındır ki, koma vəziyyətində olan görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun səhhəti getdikcə pisləşir. Sənətkarın həkiminin verdiyi məlumata görə, Qədir Rüstəmov ölüm-qalım mübarizəsi aparır.
«Pisləşmə ehtimalı daha yüksəkdir. Yaxşılaşma şansı getdikcə azalır. Vəziyyəti ciddi görünür, ağır görünür. Bundan daha pisi xəstənin ölməsi ola bilər. Biz hər günki vəziyyətinə uyğun olaraq hərəkət edirik. Bu xəstəliyin müddəti bəlli deyil. Bu xəstədə yaxşılaşma, əgər yaxşılaşarsa, bu uzun müddətə olacaq»,- deyə həkim bildirib.
DOSTLARINLA PAYLAŞ: