Vicdansız tamaşasının premyerası olacaq
29 Aprel 2009 Çərşənbə 15:20
Tamaşanın müəllifi və rejissoru dramaturq Rəhman Əlizadədir

 

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Satira-teatr studiyasının yaradıcı kollektivi Azərbaycan Dövlət Rus Dram Teatrında «Vicdansız» tamaşasının premyerasını təqdim edəcək. Teatrdan verilən məlumata görə, tamaşa saat 19:00-da başlayacaq.   
«Vicdansız» tamaşasının müəllifi və rejissoru dramaturq Rəhman Əlizadədir. Pyesin musiqi tərtibatçısı bəstəkar Eldar Mansurov, quruluşçu rəssamı isə Vüqar Əliyevdir. Tamaşadakı rolları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ifa edəcəklər.
Tamaşaya Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,  Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və incəsənət xadimləri dəvət olunub.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar