Vətən and yerimizdir mövzusunda müsabiqə keçirilir
17 İyun 2009 Çərşənbə 10:05
Ssenariçilərin yarışması 2 mərhələdə keçiriləcək

 

Mədəniyyət və Turizm Nazirliyi “Vətən and yerimizdir” mövzusunda bədii film üçün ssenari üzrə müsabiqə elan edib. Müsabiqəyə arzu edən hər bir kəs qatıla bilər. Nazirlikdən ANS PRESS-ə vreilən məlumata görə, ssenariçilərin yarışması 2 mərhələdə keçirilir. Müsabiqənin birinci mərhələsi iyunun 15-dən avqustun 15-dək davam edəcək. İştirak etmək istəyənlər təşkilat komitəsinə 2-3 səhifədən ibarət sinopsis təqdim etməlidirlər. İkinci mərhələdə isə (1 sentyabr - 15 dekabr) münsiflər heyətinin seçdiyi 6 sinopsisin müəlliflərinə işləri ssenari şəklində təqdim etmək təklif olunacaq.

Birinci yeri tutan ssenarinin 2010-cu ildə dövlət sifarişi ilə çəkilməsinə təminat veriləcək. İkinci və üçüncü yerlərə görə müəlliflərə müvafiq olaraq 1.500 və 1000 manat məbləğində pul mükafatları təqdim olunacaq.

Müsabiqəni keçirməkdə məqsəd gənc nəslə vətənpərvərlik ruhu aşılayan, doğma torpaq uğrunda mübarizəni əks etdirən, həmçinin cəmiyyətdə baş verən müsbət prosesləri kino vasitəsilə işıqlandıran yüksək bədii filmlər yaratmaq, həmçinin kinodramaturgiya sənətinin inkişafına təkan vermək və kino yaradıcılığına yeni qüvvələri cəlb etməkdən ibarətdir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar