Vaqif İbrahimoğlunun ölümündən qırx gün keçir
19 İyun 2011 Bazar 15:17
Rejissor Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlunun ölümündən qırx gün keçir.

Qeyd edək ki, rejissor mayın 12-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. Vaqif İbrahimoğlu ağciyərində yaranmış problemlə bağlı Ankaradakı Qazi Universitetinin xəstəxanasında uzun müddət müalicə alıb.

Xatırladaq ki, Vaqif İbrahimoğlu Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən “Yug” teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Vaqif İbrahimoğlu “Yuğ” teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib. Onun quruluş verdiyi son tamaşa Dövlət Akademik Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası olub.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar