Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun səhhətində problem yaranıb. Bu səbəblə o, Türkiyəyə yola düşüb. Teatrdan
APA-ya verilən məlumata görə, Vaqif İbrahimoğlunun səhhətindəki problemin səbəbi hələlik bəlli deyil. O, hazırda Türkiyənin paytaxtı Ankara şəhərindəki Qazi Universitetinin Xəstəxanasında müayinə olunur və diaqnozu müəyyənləşdirilir. Teatrşünas Məryəm Əlizadənin də Vaqif İbrahimoğlu ilə birgə Türkiyəyə getdiyi bildirilir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif İbrahimoğlu ilə telefon əlaqəsi saxladığını, rejissorun özünü yaxşı hiss etdiyini söyləyib.