V Qebele Beynelxalq Musiqi Festivalıbaşa çatdı
07 Avqust 2013 Çərşənbə 01:34
14 gün davam eden V Qebele Beynelxalq Musiqi Festivalında Azerbaycan ve xarici ölkelerin bedii kollektivler, solistler iştirak edibler.
Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. ANS PRESS Mədəniyyət və Turizim Nazirliyinə istinadən xəbə verir ki, Festivalın proqramına uyğun olaraq “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin sonuncu konserti olub.

Madrid Dövlət Uşaq Xorunun bədii rəhbəri Quintas Borjanın dirijorluğu ilə baş tutan konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestri Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.

Orkestrin müşayiəti ilə Pyotr Çaykovskinin “Allegro brilliante”, “Andante non broppo”, “Allegro con fuoco”, Paul Dükanın “Sehrbazın şagirdi” əsərləri, eləcə də Moris Ravelin “Dafnis və Xloya” baletindən suitana təqdim olunub.

Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın gözəl çıxışı isə tamaşaçıların qəlbinə yol tapıb.

Qeyd edək ki, 14 gün davam edən festival çərçivəsində Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar