Üzeyir Hacıbəyov Bakıda anılıb
18 Sentyabr 2009 Cümə 15:25
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkarın Fəxri Xiyabandakı abidəsini ziyarət ediblər
Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim Üzeyir Hacıbəyovun xatirəsi anılıb. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri Milli Musiqi günü və dahi bəstəkarın anadan olmasının 124-cü ildönümü münasibətilə ölməz sənətkarın Fəxri Xiyabandakı abidəsini ziyarət ediblər.

Dövlət xor kapellasının ifasında dahi bəstəkarın “Şəbi-hicran” əsəri səsləndirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildən milli musiqimizin banisinin doğum gününü "Üzeyir Musiqi günü" kimi qeyd olunduğunu qeyd edib. "Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar bəstəkarlıq məktəbinin, milli operanın, musiqili komediya janrının əsasını qoyub".

Milli Musiqi günündə Fəxri Xiyabanda bir sıra korifey sənətkarların məzarları da ziyarət olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar