Üzeyir Hacıbəylinin «Ər və arvad» operettası tələbələrin ifasında nümayiş olunacaq
14 Yanvar 2012 Şənbə 16:18
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr rejissoru fakültəsinin IV kurs tələbələrinin ifasında Üzeyir Hacıbəylinin «Ər və arvad» operettasının tamaşası nümayiş etdiriləcək.
. Tələbələrin ifasında tamaşanın nümayişi yanvarın 15-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət Evində baş tutacaq.

1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış «Ər və arvad» komediyası Şərqin ilk operettasıdır. Üzeyir bəyin musiqili komediya janrında ilk əsəri olan «Ər və arvad» 1910-cu il mayın 24-də Bakıda “Nikitin qardaşları” sirkində göstərilib və bununla da Musiqili Komediya Teatrının əsası qoyulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar