“ÜNS” teatrında Bakı tamaşaçısına “Sergey və Aysedora” tamaşası təqdim edilib
08 Noyabr 2011 Çərşənbə Axşamı 02:47
Tamaşa Nona Qolikovanın “Həyatım mənim və ya səni yuxuda görmüşəm” adlı pyesi əsasında hazırlanıb.
ÜNS” teatrının səhnəsində Bakı tamaşaçısına Rusiyanın və Ukraynanın xalq artisti rejissor Roman Viktyukun “Sergey və Aysedora” tamaşası təqdim edilib. AzərTAc xəbər verir ki, rus şairi Sergey Yeseninlə Amerika balerinası Aysedora Dunkanın qeyri-rəsmi məhəbbət və ölüm tarixçəsi böyük sevgi himni hesab olunur. Bu, şair və onun məhəbbəti, faciəli sonluğu qabaqcadan bəlli olan bir roman haqqında tamaşadır. Tamaşa Nona Qolikovanın “Həyatım mənim və ya səni yuxuda görmüşəm” adlı pyesi əsasında hazırlanıb.
Tamaşada Sergey Esenin rolunu İqor Nevedrov, Aysedora Dunkan rolunu isə Rusiyanın əməkdar artisti Anna Terexova ifa ediblər. Tamaşada “Gelikon-Opera” teatrının solisti Vyaçeslav Staroduptsevin, Stanislav Motıryovun və Andrey Borovikovun ifasında Eseninin şerlərinə yazılmış romanslar səslənib. Tamaşanın quruluşçu-rəssamı Rusiyanın əməkdar rəssamı Vladimir Boyerdir.
DOSTLARINLA PAYLAŞ: