Üç ölkənin sənət ulduzları Bakı səhnəsində birgə çıxış edəcəklər
19 Dekabr 2012 Çərşənbə 11:41
Opera və Balet Teatrının səhnəsində C.Puççinin “Toska” operası nümayiş ediləcək.
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Puççinin “Toska” operası nümayiş ediləcək. Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tamaşada Azərbaycan artistləri ilə yanaşı, əsas partiyalarda Ukrayna və Belarusdan dəvət olunmuş opera sənətçiləri də çıxış edəcəklər.
Toska partiyasını Ukraynanın əməkdar artisti, vokalçıların P.Çaykovski adına Beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Straşenko, Skarpia rolunu Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, əməkdar artist Vladimir Qromov, Kavaradossi rolunu isə uzun illərdən bəri İtaliyada yaşayıb fəaliyyət göstərən həmyerlimiz, vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin laureatı Yusif Eyvazov canlandıracaqlar.
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevdir.
DOSTLARINLA PAYLAŞ: