TÜRKSOY ölkələri opera və balet teatrları direktorlarının toplantısı keçiriləcək
12 Yanvar 2010 Çərşənbə Axşamı 06:40
Toplantıda 14-cü TÜRKSOY Opera və Balet günlərinin tarixi, yeri və proqramı müzakirə ediləcək
Yanvarın 15-də Ankarada təşkilata üzv ölkələrin opera və balet teatrları direktorlarının toplantısı keçiriləcək. Məlumat TÜRKSOY-un baş ofisindən yayılıb.

Qazaxıstan, Qırğızstan, Türkiyə, Başqırdıstan, Krım, Şimali Kipr və Tatarıstanın təmsil olunacağı tədbirdə Azərbaycanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı direktorunun müavini Yuri Babayev təmsil edəcək.

Toplantıda 14-cü TÜRKSOY Opera və Balet günlərinin tarixi, yeri və proqramı, türkdilli ölkələrin opera və balet teatrları direktorları birliyinin yaradılması, teatrlar arasında repertuar və solist mübadiləsi, birgə festival və müsabiqələrin təşkili məsələləri müzakirə olunacaq. Müzakirə olunacaq məsələlər toplantının sonunda qəbul ediləcək yekun sənəddə əksini tapacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar