TÜRKSOY kamera orkestri beynəlxalq festivalda çıxış edib
16 Avqust 2010 Bazar Ertəsi 20:00
TÜRKSOY kamera orkestri beynəlxalq festivalda çıxış edib. Kollektiv Almaniyanın Bayroyt şəhərində səfərdədir.
Almaniyanın Bayroyt şəhərində səfərdə olan gənclərdən ibarət TÜRKSOY kamera orkestri gənc artistlərin 60-cı Bayroyt Beynəlxalq Festivalının rəsmi açılış mərasimində uğurla çıxış edib. Qazaxıstanlı məşhur maestro, praktiki olaraq cəmi iki həftə ərzində klassik və müasir bəstəkarların əsərlərindən ibarət konsert proqramını peşəkar səviyyədə hazırlamış Anvar Akbarovun rəhbərlik etdiyi TÜRKSOY kamera orkestri festivalın açılış mərasimində sözün həqiqi mənasında “proqramın cövhəri” olub.

Ansamblın yaradıcı kollektivinin ifasında İ.S.Baxın “3 nömrəli Brandenburq konserti”, S.Mədətovun (Qırğızıstan) “Qızlar rəqsi”, habelə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Üç miniatür” əsərindən ikisi festivalın qonaqları, təşkilatçıları və iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Açılış mərasimində gənc artistlərin Beynəlxalq Bayroyt Festivalının İcraiyyə Şurasının prezidenti Andreas Loyeş, festivalın direktoru Sissi Tammer, Bayroyt şəhərinin ober-burqomistri Mixael Qol, Yuxarı Frankoniya prezidenti Vilhelm Venninq, Almaniyanın Federal Maliyyə Nazirliyinin parlament katibi Hartmut Koşik, TÜRKSOY-un baş katibi Düsen Kaseinov ürək sözlərini söyləyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar