Türkiyəni Eurovision 2010'da MaNga qrupu təmsil edəcək
13 Yanvar 2010 Çərşənbə 11:50
Türkiyənin “Eurovision” müsabiqəsində Milli Yayım Şurası olan TRT Osloda keçiriləcək yarışmada ölkə təmsilçisinin adını rəsmən açıqlayıb.
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Türkiyəni “Eurovision-2010”da gözlənildiyi kimi, “MaNga” qrupu təmsil edəcək.

“MaNga” rep-rok qrupudur. Onların musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən “İlin ən yaxşı artisti” nominasiyasının qalibi seçilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar