Türkiyəli sənətçi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib
05 Oktyabr 2010 Çərşənbə Axşamı 17:20
Əhməd Şəfəqə AYB-nin üzvlük vəsiqəsi təqdim olundu.
Əslən azərbaycanlı türk sənətçisi və yazarı Əhməd Şəfəq Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü seçilib. ANS PRESS-in məlumatına görə, AYB-nin fəxri üzvlük vəsiqəsi Əhməd Şəfəqə bu gün onun "Aşk və Vatan" albomunun Bakıda keçirilən təqdimat mərasimində təqdim olunub. AYB-nin katibi Rəşad Məcid tərəfindən türkiyəli yazara təqdim olunan üzvlük vəsiqəsi ilə o rəsmən birliyin üzvlüyünə qəbul olunub.

Özünü hər zaman Azərbaycana doğma insan bilən, keçən il Qarabağa həsr olunmuş albomu ilə bunu sübut edən Əhməd Şəfəq məhz Azərbaycanda Yazıçılar Birliyinin fəxri üzvü seçilməsindən fərəh hissi duyduğunu dilə gətirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar