Türkiyədə əməliyyat olunan Zəlimxan Yaqub Azərbaycana dönüb
08 Sentyabr 2010 Çərşənbə 17:50
Ötən həftə Türkiyənin “Amerikan” xəstəxanasında böyrəyindən əməliyyat olunan Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bu gün Vətənə qayıdıb.
Bu barədə APA-ya açıqlamasında şairin həyat yoldaşı Sahibə Yaqublu bildirib. O deyib ki, bu gün Bakıya qayıdan Zəlimxan Yaqub özünü yaxşı hiss edir: “Səhhətindəki problemlər həll olunub, özünü çox yaxşı hiss edir. Hazırda istirahət edir, yatır. Narahatlığa heç bir əsas yoxdur, hər şey qaydasındadır”.
Xatırladaq ki, sentyabrın 2-də Türkiyənin “Amerikan” xəstəxanasında Zəlimxan Yaqubun böyrəyində şiş götürülüb. O, əməliyyatdan sonra bir neçə gün xəstəxanada həkim nəzarəti altında olub və bu gün Vətənə qayıdıb. APA
DOSTLARINLA PAYLAŞ: