Türkiyə də Eurovison mahnı müsabiqəsindən imtina etdi
14 Dekabr 2012 Cümə 22:46
TRT: "EBU ayrı-seçkilik edir".
Türkiyə Radio Televiziyası (TRT) Baş İdarəsi "Eurovision" mahnı müsabiqəsi ilə bağlı qərarını açıqlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TRT Baş İdarəsi bu il "Eurovision" mahnı müsabiqəsində iştirak etməyəcək.

TRT televiziyası bu yarışmaya qatılmayacaqları haqda bəyanat verib. Bəyanatda deyilir ki, EBU (Avropa Yayım Birliyi) üzv dövlətlər arasında ayrı-seçkilik edir: «Almaniya, Fransa, İngiltərə və İtaliya son illərdə uğur əldə etməsələr də, yarımfinala qatılmadan finalda yarışırlar. Biz bunu haqsızlıq sayırıq. Bu mahnı yarışmasına 1975-ci ildən qatılırıq. Bu günə kimi 34 yarışmada yer almışıq. 1976, 1977, 1979 və 1994-cü illərdə müxtəlif səbəblərdən yarışda iştirak edə bilməmişik”.

Qeyd edək ki, müxtəlif səbəb üzündən Avropanın 4 ölkəsi gələn il İsveçdə keçiriləcək «Eurovision» mahnı yarışmasında iştirak etməyəcəyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar