Türkçeviziyon Festivalı keçirilecek
09 Sentyabr 2013 Bazar Ertəsi 17:55
Türkçeviziyon Festivalında Azerbaycanı Tünzale Ağayeva temsil edecek.
Dənizli şəhərində keçiriləcək Türkçəviziyon Festivalı Türk dünyasının sənətçilərini bir araya gətirəcək. TRT Bakı nümayəndəsi Yüksəl Dəğercanın ANS PRESS-ə verdiyi məlumata görə, bu il say etibarilə 4 –cüsü təşkil olunacaq festivalda Orta Asiya və Balkanlardan 21 ölkə iştirak edəcək.
Azərbaycanı festivalda sevilən sənətçi Tünzalə Ağayeva təmsil edəcək.
Dostlıq və Musiqinin Yeni Pəncərəsi olan ‘Türkçəviziyon’’ Türkçə danışan ölkələrin sənətçilərini 11 sentyabrda Dənizli şəhərində bir yerə toplayacaq. Dörd gün davam edəcək festivalda sənətçilər konsert proqramları ilə çıxış edəcəklər.
TRT-nin baş direktoru İbrahim Şahin festival şüarının ‘Bir dil, bir ürək’’ olduğunu, eləcə də xalqların bir- birini tanımalarının, qaynayıb-qarışmalarının, sevgi bağının meydana gəlməsində və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacağını söylədi.
Festivalda Bosniya və Herseqovina , Uyğur Muxtar vilayəti daxil olmaqla 21 ölkə iştirak edəcək. Festival 14 Sentyabr tarixində Bakı saatı ilə 23.00- da TRT Avaz ve TRT Müzik kanallarında və Azərbaycan’ın İctimai Televiziyası daxil olmaqla 14 ölkəsində canlı yayımlayacaq.
DOSTLARINLA PAYLAŞ: