Türk filmi "Qızıl ayı" mükafatına layiq görülüb
21 Fevral 2010 Bazar 16:15
"Bal" adlı ekran əsəri "Berlinale" festivalının ən yaxşı film mükafatına layiq görülüb
Almaniyada "Berlinale" kino festivalının 60 illik yubileyi münasibətiylə ən yaxşı filmlərin adı açıqlanıb və onların müəlliflərinə "Qızıl ayı" mükafatları verilib. "Yazıçı -ruh" adlı ekran əsərinə görə Roman Polanski ən yaxşı rejissor mükafatını qazanıb. Məhşur rejissor özü mükafatlandırma mərasimində iştirak edə bilməyib. Xatırladaq ki, Polanski ötən ilin sentyabr ayında İsveçrədə 30 il bundan əvvəl törətdiyi cinayətlə bağlı həbs edilmişdi. Özünün sənət əsərinin davamını isə Polanski həbsxana divarları arxasında tamamlamışdı.

Qardaş Türkiyənin də kinofestivaldakı nümayəndələri mükafatsız qalmayıblar. Belə ki, rejissor Semih Kaplanoğlu tərəfindən ekranlaşdırılan "Bal" adlı kino- film ən yaxşı film mükafatına layiq görülüb.

Türkiyədən başqa, Rusiya rejissorları da "Qızıl ayı" mükafatına layiq görülüblər. Rejissor Aleksey Popo-Qrebskinin "Yay tətilimi necə keçirdim" adlı filmi ən yaxşı kişi laureatı üzrə mükafat qazanıb. Bundan başqa, adı çəkilən filmə ən yaxşı operator işi mükafat təqdim edilib.

Qeyd edək ki son 5 ildə "Berlinale" kino festivalında Rusiya filmələri birinci dəfədir ki, iştirak edirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar