“Titanik” yenidən tədqiq ediləcək
23 Avqust 2010 Bazar Ertəsi 16:40
“Titanik” yenidən tədqiq ediləcək. Bunun üçün “Jean Charcot” ekspediyası yola çıxıb.
Əfsanəvi “Titanik” gəmisinin qalıqları yenidən tədqiq ediləcək. Mütəxəssislər “Titanik”in mühəndis-texniki cəhətdən hansı səbəbdən batdığını dəqiqliklə müəyyənləşdirməyə çalışacaqlar.
Bundan başqa, ekspedisiya üzvləri 100 il su altında qalmış “Titanik”in qalıqlarının hansı vəziyyətdə olduğunu da müəyyən edəcəklər.
“Titanik”in tədqiqi ilə məşğul olacaq “Jean Charcot” gəmisi 2141 ton çəkiyə malikdir və İngiltərə bayrağı altında üzür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: