Televiziya operatorlarına məhdudiyyət qoyuldu
24 Fevral 2010 Çərşənbə 16:55
Bundan sonra onlar yalnız 5 dəqiqə istədiyi kimi çəkiliş apara bilər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev televiziya operatorlarına xəbərdarlıq edib. Əbülfəs Qarayev televiziya operatorlarının ancaq 5 dəqiqə ərzində istədikləri kimi çəkiliş apara biləcəklərini bəyan edib. Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu qərar tamaşaçılara xidmət edəcək.

Nazir konsert və ya tamaşanın maraqlı yerində operatorların kameraları tamaşaçıların üzünə tuşlamaqla onlara mane olduqlarını söyləyib. Məhz bu səbəbdən bu gündən etibarən televiziya operatorları teatr və konsert salonlarında 5 dəqiqə sərbəst çəkiliş apardıqdan sonra tamaşaçıya mane olmamaq şərtilə müəyyən mövqedə dayanaraq, yalnız bir rakursdan çəkilişi davam etdirə biləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar