Telekanalların verilişlərinin səviyyəsi inkişaf etməlidir
23 Noyabr 2009 Bazar Ertəsi 18:55
Prezident Administrasiyası rəhbərinin sözlərinə görə, bu sahədə problemlər hələ də qalmaqdadır
Cəmiyyət inkişafda olduğu kimi telekanalların verilişlərinin də səviyyəsi inkişaf etməlidir. Amma bu sahədə problemlər qalmaqdadır. Bu sözləri bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Telekanallarla bağlı məqaləsindən sonra müəyyən irəliləyişlərin olduğunu deyən R.Mehdiyev bir daha problemlərin mövcudluğuna diqqət çəkib. O, telekanallarda şouların əleyhinə olmadığını desə də, bu verilişlərin yayımın əksər hissəsini zəbt etməməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 2-də Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində məqaləsi dərc olunub. “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində o, ölkə telekanallarının fəaliyyətini tənqid edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: