Tbilisi Open Air mahnı müsabiqəsi
15 May 2009 Cümə 15:00
Müsabiqəyə Gürcüstan da daxil olmaqla 9 ölkədən nümayəndə qatılacaq

Bu gün Gürcustanda “Musiqi azad edir” devizi altında “Tbilisi Open Air - Alter/Vision” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. ANS PRESS-in Gürcüstan bürosunun məlumatına görə, müsabiqə 15- 17 may tarixlərində baş tutacaq.

Tbilisi Open Air – müsabiqəsində Gürcüstan da daxil olmaq 9 ölkədən- Fransa, Almaniya, İtaliya, İngiltərə, Polşa, İslandiya, Danimarka və Rusiyadan nümayəndələr iştirak edəcək. Tədbirin təşkilatçısı Step Records şirkətidir.

Xatırladaq ki, Gürcüstanın "Avroviziya" müsabiqəsinə təqdim etdiyi “We Don't Wanna Put In" mahnısında Rusiyanın baş naziri Vladimir Putinə eyhamlar olduğuna görə, münsiflər heyəti mahnının sözlərini dəyişdirməyi təklif etmişdi. Gürcüstan isə mahnının sözlərini dəyişdirməyəcəyini bildirərək müsabiqədə iştirakdan imtina etmişdi. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar