Tarixi Muzeyinin əməkdaşları mükafatlandırılıb
22 Noyabr 2010 Bazar Ertəsi 21:20
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
Prezident İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda tarix elminin inkişafı və tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində xidmətlərinə görə Milli Azərbaycan Tarixi Muzeyinin bir sıra əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

Abdulova Gülzadə Sərxan qızı
Ağayev Gennadi Camal oğlu
Dulayeva Zərifə Aleksandrovna
Əliyeva Gülşən Alik qızı
Əliyeva Həbibə Mirpaşa qızı
Əliyeva Nərgiz Ağasəlim qızı
Əsədullayeva Xanım Allahverdi qızı
Hüseynova Solmaz İsmayıl qızı
Məmmədov Məmməd Həsən oğlu
Rəcəbli Əli Məhəmməd oğlu
Sayılov Bəxtiyar Sahib oğlu
Şalamova Lüdmila Nikolayevna
Zeynalova Məhfuzə Hacı qızı


Dövlət başçısı İlham Əliyevin digər bir sərəncamı ilə Azərbaycanda tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində xidmətlərinə görə Milli Azərbaycan Tarixi Muzeyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib:

Abdullayeva Faidə Haşım qızı
Əliyeva Mina Əliyulla qızı
Hacıyeva Elmira Qılman qızı
Hacıyeva Gülşən Fərhad qızı
Hüseynova Zemfira Həmid qızı
Məhərrəmov Əliməmməd Hacı oğlu
Nəsirov Musa Müzəffər oğlu
Səfərova Rəna Ağabala qızı
Zəvərov Əmir Yusif Təhsib oğlu


DOSTLARINLA PAYLAŞ:

oyunlar