Tarixi abidəmizin 2800 illiyi qeyd ediləcək
29 Oktyabr 2013 Çərşənbə Axşamı 19:47
Muğan Babazanlı ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını göstərir.
Prezident İlham Əliyev Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında sərəncam verib.
Sərəncama görə, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri ilə sübuta yetirilib ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malik ölkədir. Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Salyan Rayon İcra Hakimiyyəti ilə birlikdə Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
DOSTLARINLA PAYLAŞ: