Tanınmış serial aktrisası Evin Esen vəfat etdi
19 Yanvar 2012 Cümə Axşamı 02:51
Azərbaycan tamaşaçıları onu “Akasya Durağı” serialında Şazimənd obrazı ilə tanıyırdı.
Türkiyənin məşhur aktrisası, Azərbaycan tamaşaçılarının “Akasya Durağı” serialında Şazimənd obrazı ilə tanıdığı Evin Esen vəfat edib. Bir çox film və serialda çəkilmiş 63 yaşlı aktrisanın beyninə qan sızması nəticəsində öldüyü bildirilir. Qeyd edək ki, aktrisanın son günlər nəfəs darlığı və şəkər xəstəlikləri səbəbilə əziyyət çəkdiyi, buna baxmayaraq film çəkilişlərinə davam etdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar