Tanınmış rəssam Natiq Fərəcullazadə fərdi sərgi açacaq
22 Yanvar 2010 Cümə 18:55
Sərgi Natiq Fərəcullazadənin 50 illiyinə həsr olunub
Rəssam Natiq Fərəcullazadənin 50 illiyi ilə əlaqədar cümə günü Azərbaycan Rəssamlar İttifaqının Vəciyə Səmədova adına sərgi salonunda onun fərdi sərgisi açılacaq. Bu barədə Rəssamlar İttifaqından məlumat verilib.

Rəssamın kətan üzərində yağlı boya və qrafika ilə çəkdiyi 100 əsəri təqdim olunacaq. Sərgi həftə ərzində davam edəcək.

N.Fərəcullazadə Ankarada Disney qəhrəmanları parkının bədii kompozisiyasının (2003) müəlliflərindən biri və bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının relyef dekorativ kompozisiyasının müəllifidir.

1995-ci ildə İstanbulda yubilyarın fərdi sərgisi keçirilib, onun əsərləri Sankt-Peterburqda birgə vernisajlarda sərgiyə qoyulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar