Tammetrajlı bədii filmlərin ssenari müsabiqəsinə başlanılıb
24 Dekabr 2009 Cümə Axşamı 23:35
Tammetrajlı bədii filmlərin ssenari müsabiqəsinə başlanılıb. Müsabiqəni Mədəniyyət və Turizm Nazirliyi keçirir.
Mədəniyyət və Turizm Nazirliyi tammetrajlı bədii filmlərin ssenari müsabiqəsini elan edir. Müsabiqənin nəticələrinə görə, ən yaxşı ssenari üzrə 2011-ci ildə Kino üzrə Ekspert Şurası tərəfindən dövlət vəsaiti hesabına film çəkiləcək.
Müsabiqədə müstəqil fəaliyyət göstərən, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan ssenaristlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər işlərini Kino üzrə Ekspert Şurasına və Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: