Tamaşaçılar Bihteri və Polad Alemdarı ekranda görmək istəmir
15 Yanvar 2010 Cümə 01:50
Məlum olub ki, reytinq rekordları qıran seriallar tamaşaçıları bezdirib. Tamaşaçılar artıq Bihteri və Polad Alemdarı ekranda görmək istəmir.
Reytinq rekordları qıran türk teleserialları artıq tamaşaçıları bezdirməyə başlayıb. Bu, Türkiyənin məhşur şou-biznes jurnalı olan “Gecce”nin keçirdiyi virtual anket nəticəsində məlum olub. Jurnalın keçirdiyi “Hansı qadın aktrisanı ekranda görmkdən bezdiniz?” anketində ilk yeri “Aşkı Memnu” teleserialında Bihter rolunun ifaçısı Beren Saat tutub. Anketdə iştirak edənlərin 31.1 faizi məhşur olmaq yolunda ilk addımlarını atan aktrisadan bezdiyini bildirib. Anketin ikinci bezdirici aktrisası Vildan Atasever, üçüncü isə Nehir Erdoğan olub.
Kişi aktyorlar üçün keçirilən eyni anketdə ilk yeri “Kurtlar Vadisi”nin ölümsüz qəhramanı Polad Alemdar rolunun ifaçısı Necati Şaşmaz tutub. İştirakçıların 28.8 faizi Necati Şaşmazdan bezdiyini bildirib. Anketin ikinci bezdirici aktyoru Tolqa Karel, üçüncüsü isə Kıvanç Tatlıtuğ olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: