Tahir Salahov "Vətən övladı" ordeni ilə təltif olunub
19 İyul 2011 Çərşənbə Axşamı 12:04
Tahir Salahov "Vətən övladı" ordeni ilə təltif olunub. Orden “Dədə Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan dünyası” jurnalı tərəfindən təqdim edilib.
Dünya şöhrətli rəssam, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, xalq rəssamı, Dövlət Mükafatı Laureatı, akademik Tahir Salahova “Dədə Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan dünyası” jurnalı tərəfindən “Vətən övladı” ordeni təqdim edilib. ANS PRESS-in məlumatına görə, “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov mükafatı dünya şöhrətli sənətkara təqdim edərək bildirib ki, Tahir Salahov bu ordenə türk mədəniyyətinin təbliğində, Azərbaycan incəsənətinin inkişaf etdirilərək dünyada tanıdılmasında xidmətlərinə görə layiq görülüb.
E.İsmayılov, təsis olunduğu 10 ildə sözügedən mükafata 36 görkəmli şəxsiyyətin layiq görüldüyünü vurğulayaraq demişdir ki, bu mükafat xalqın, cəmiyyətin mükafatıdır.
“Vətən övladı” mükafatını yüksək qiymətləndirən T.Salahov bildirib ki, bu, mənim əməyimin xalq tərəfindən qiymətləndirilməsinin nümunəsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: