T.Bəhramovla bağlı müsabiqənin suallarını açıqlandı
03 Fevral 2011 Cümə Axşamı 17:10
AFFA ilə "British Midland International"ın birgə keçirdiyi müsabiqənin qalibi olmaq üçün 6 suala cavab vermək lazımdır
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Londonun Hitrou aeoroprtunda ikinci böyük hava yolları şirkəti olan British Midland International (BMİ) əfsanəvi futbol hakimi Tofiq Bəhramovun xatirəsini yad etmək məqsədilə futbol azarkeşləri arasında müsabiqə keçirir. Müsabiqənin suallarını diqqətinizə çatdırırıq:

1. Tofiq Bəhramovun dünya çempionatları tarixində baş hakim kimi idarə etdiyi ilk oyun hansıdır?
2. Tofiq Bəhramova həsr olunmuş “Futbol adamı” kitabının müəllifi kimdir?
3. İngiltərənin hansı yüksək vəzifəli dövlət rəsmisi Bakıya səfəri zamanı Tofiq Bəhramovla görüşüb və bu hadisə neçənci ildə baş verib?
4. Tofiq Bəhramovun beynəlxalq dərəcəli hakim adına layiq görülməzdən əvvəl idarə etdiyi son oyun hansı milli komandalar arasında keçirilib?
5. Tofiq Bəhramova FİFA referisi nişanı SSRİ çempionatında idarə etdiyi hansı oyundan əvvəl təqdim olunub?
6. Tofiq Bəhramovun idarə etdiyi Qitələrarası kubokun final oyununda hansı komandalar qarşılaşıb?

Müsabiqənin şərtləri:
Viktorinada 18 yaşına çatmış şəxslər iştirak edə bilər. Bir iştirakçı hər bir suala yalnız bir cavab göndərə bilər. İştirakçı öz suallarını [email protected] elektron ünvanına göndərməli, soyadını, adını və əlaqə nömrələrini qeyd etməlidir. Viktorina 10 fevral, 2011-ci il tarixində yekunlaşacaq. 10 fevral, 2011-ci il saat 18.00-dan gec göndərilən cavablar qəbul edilməyəcək. Ən çox sayda suala düzgün cavab vermiş ilk iştirakçı "BMİ" şirkətindən Londona ikiistiqamətli bilet qazanacaq.

Qeyd: Müsabiqədə AFFA-nın əməkdaşları iştirak edə bilməz.



DOSTLARINLA PAYLAŞ:

oyunlar