Stilist: "Səfurə bu axşam Aysel Teymurzadə olacaq"
27 May 2010 Cümə Axşamı 18:10
Stilist Samir Əliyevin təmsilçimizin səhnə paltarı ilə bağlı fikirləri.
“Eurovision-2010” Mahnı Müsabiqəsindəki təmsilçimiz Səfurə Əlizadənin geyimi bəyənilsə də bir çox müzakirələrə səbəb oldu. Stilist Samir Əliyev Səfurənin geyimi ilə bağlı fikirlərini ANS PRESS-ə bölüşdü:
Stilist hesab edir ki, təmsiliçimizin paltarı ifa etdiyi mahnı ilə həmahəng deyil:
""Eurovision" böyük miqyaslı yarışma olduğundan ölkəmizi təmsil edəcək iştirakçını səhnədə daha gözəl və daha yaraşıqlı görmək istəyirik. Səfurənin geyimi çox gözəldir, rənginə isə söz ola bilməz. Mavi rəng bu ilin ən dəbdə olan gənglərindəndir. Səhnə dekorasiyası ilə geyim uyğunluq təşkil edir. Amma mahnı ilə Səfurənin geyimi harmoniya yaratmır. “Drip-drop” lirik mahnıdır, mahnının sözləri nağıla bənzəyir. Səfurə də mahnını elə ifa edib ki, qula asan hər kəsi nağıllar aləminə aparır. “Drip-drop”u dinlədikdə Səfurəni gözümün qabağında şahzadə obrazında dayanır. Səfurə indiki geyimi ilə tamaşaçıları nağıllar aləminə apara bilməyəcək. Mən deyərdim ki, bu geyim mahnı ilə tamaşaçı arasında harmoniyanı pozur.”
Stilist irad bildirməkdən də çəkinmədi: “Düzdür,Səfurə çox gözəl qızdır, gözəl ayaqları var. Amma ayaqlarının açıqda qalmasına ehtiyac yox idi. Səfurənin geyimi və saçı, bir sözlə imici ötənilki təmçilçimiz Aysel Teymurzadəni təkrarlayır. Sadəcə olaraq Səfurənin paltarı Ayselinkindən bir qədər uzundur. Səhnədə külək effekti yaradanda Səfurə keçənilki Aysel olacaq. Yanında da Araşı əvəz edən rəqqas olacaq. Olacaqlar Aysel və Araş. Bu axşam Səfurə Aysel Teymurzadə olacaq, rəqqas da Araş. Buna ehtiyac var idimi? “
""Always" mahnısı ritmik olduğundan Aysel Teymurzadənin geyimi mahnı ilə həmahəng idi. Məncə, 17 yaşlı Səfurə Əlizadə “Drip-drop”dakı sevgisini şahzadə obrazında nağıllar aləmində təqdim etsəydi, daha məqsədəuyğun olardı", deyə Samir Əliyev əlavə etdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: