"Slavyan bazarı"nın əsl qalibi 11 yaşlı azərbaycanlıdır
26 İyul 2011 Çərşənbə Axşamı 11:35
Yasin Həsənov uğurlarını “Junior Eurovision”da davam etdirmək istəyir.
Azərbaycan ilk dəfə olaraq Slavyan Bazarı musiqi yarışmasının məhz uşaqlar üçün festivalına qatılıb. 23 ölkə arasında Azərbaycan müsabiqənin ikincisi adına laqyiq görülüb. İkinici yerin qalibiyyətini qazanan 11 yaşlı Yasin Həsənov ilk təəssüratlarını mətbuatla bölüşüb. Uşaqlar arasında keçirilən “Slavyan bazarı” beynəlxalq müsabiqəsində ikincilik qazanan Yasin Həsənov mətbuat konfransı keçirib. Mətbuat konfransında 9 ildir keçirilən bu festivala Azərbaycanın ilk dəfə qatıldığı bildirilib.

Yarışmada Yasini müşayiət edən böyüklərin dediklərindən məlum olub ki, sən demə Yasin əslində birinci yerə, yəni "Qran Pri"yə ən layiqli namizəd olub. Amma sonradan vəziyyət "Qran Pri" mükafatını qazanmış Rumıniyanın xeyrinə dəyişib.

Yasinin mətbuat üzrə koordinatoru Tahirə Məmmədqızı 11 yaşlı vokalçımızın sözügedən müsabiqədə əslində 1-ci yeri qazandığını deyir: "Orada rəsmi şəkildə qeyd olundu ki, "Qran Pri" mükafatının ən layiqli namizədi Yasin Həsənovdur. Lakin Rumıniya kasıb ölkələr sırasında olduğu üçün və mükafatın məbləği böyük, 5 min avro olduğu üçün onu Rumıniyaya verdilər. Və münsiflər heyəti bunu rəsmi şəkildə də elan etdilər. Əslində əsil qalib Yasin Həsənovdur."

Yasinin özü həmin anı belə xatırlayır: "Ukrayna münsifləri mübahisə edirdilər ki, birinci yer heç olmasa bu uşağa verilsin."

Amma Yasin deyəsən qətiyyən kefini pozmur. Çünkü onun artıq bir "Qran Pri"si var. Üstəlik Heydər Əliyev Sarayında əfsanəvi Robertino Loretti ilə "Jamayka" duetini də ifa edib. Yasin Tofiq Quliyev adına 12 saylı Onbirillik Musiqi Məktəbinin vokal üzrə şagirdi olan Yasin Həsənov bir neçə beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edib.

Qeyd olunub ki, Yasin Həsənov müsabiqədə ailəsinin şəxsi vəsaiti hesabına iştirak edib.

Yasin Həsənov çıxışına jurnalistləri Mətbuat günü münasibətilə təbrik etməklə başlayıb. O, üzərində əməyi olan müəllimlərinə, valideynlərinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Yasin ən böyük arzusunun “Junior Eurovision”da iştirak etmək olduğunu vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar