Skripkaçı Şenzo Qreqorion iplə asılı vəziyyətdə ifa etdi (VİDEO)
18 İyun 2011 Şənbə 04:16
Şenzo Qreqorionun 25 metr hündürlükdən polad iplərlə asılaraq verdiyi konsert tamaşaçıların da rəğbətini qazanıb.
Avstraliyalı skripka ifaçısı Şenzo Qreqorio Sidney şəhərindəki hal-hazırda ticarət mərkəzi kimi istifadə olunan Kraliça Viktoria binasının tavanından iplə asılaraq konsert verib. Bu, ticarət mərkəzinin keçirdiyi mədəni fəaliyyətlər tədbirləri çərçivəsində baş tutub. Qeyd edək ki, ilk belə konsert iyunun 16-da keçirilib bu ifanın 3 gün davam etməsi nəzərdə tutulub. Şenzo Qreqorionun 25 metr hündürlükdən polad iplərlə asılaraq verdiyi konsert tamaşaçıların da rəğbətini qazanıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar