Siyavuş Aslanın səhhətində yaxşılığa doğru dəyişiklik var
29 May 2013 Çərşənbə 13:31
Xalq artisti 20 gündən çox xəstəxana şəraitində olmalıdır.
Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Siyavuş Aslanın müalicəsi uzun müddət davam edəcək.
Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, aktyorun xəstəliyi xroniki hal aldığına görə, ev şəraitində müalicəsi mümkün deyil: “Nəzərdə tutduğumuza görə, 20 gündən çox xəstəxana şəraitində olmalıdır. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda səhhətində yaxşılığa doğru dəyişiklik var”.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 24-də Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Siyavuş Aslan 2011-ci ilin avqust ayında işemik insult keçirib.
DOSTLARINLA PAYLAŞ: