Səyavuş Aslanın vəziyyəti qənaətbəxşdir
05 Avqust 2011 Cümə 12:39
Həkimlər Səyavuş Aslanın artıq zarafat da etdiyini bildiriblər.
Xalq artisti Səyavuş Aslanın vəziyyətini qənaətbaxş hesab etmək olar. Həkimlərin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti artıq danışır, hətta zarafat da edir. Sənətkarın oğlu bildirib ki, əgər heç bir problem yaranmasa, Səyavuş Aslanı palataya köçürəcəklər.

Qeyd edək ki, xəstəxanada olan ANS telekanalının əməkdaşları xalq artistini çəkmək istəyiblər. Həkimlər buna razılıq versə də, sənətçinin ailə üzvləri etiraz edib. Səbəb kimi onun bu vəziyyətdə görünmək istəməməsini göstəriblər.

Xatırladaq ki, Səyavuş Aslan avqustun 3-də axşam saatlarında 4 saylı şəhər xəstəxanasına yerləşdirilib. Sonradan, tanınmış aktyor 1 saylı şəhər xəstəxanasına köçürülüb.

Qeyd edək ki, Səyavuş Aslanov 1935-ci il 5 sentyabr tarixində Bakıda dünyaya gəlib. Hazırda Milli Akademik Dram Teatrının aktyorudur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar