Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əli Əmirlinin "Sevən qadın" tamaşasının son məşqləri gedir. Teatrdan ANS PRESS-ə verilən məlumata görə, tamaşanın rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanovdur. Tamaşada Xalq Artisti Laləzar Mustafayeva, Əməkdar Artistlər Sənubər İsgəndərova, Füzuli Hüseynov, Mehriban Xanlarova iştirak edirlər.
Tamaşanın premyerası 2009-cu il 8-9 iyun saat 19.00-da Musiqili Komediya Teatrının binasında olacaq.
Kəmalə Məmmədova/ANS PRESS/