Səttar Bəhlulzadə haqqında film çəkilir
16 İyun 2009 Çərşənbə Axşamı 12:15
Rəssamın həyat və yaradıcılığından bəhs edən film “Sonuncu dərviş” adlanır

 

Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar görkəmli fırça ustasının həyat və yaradıcılığından bəhs edən “Sonuncu dərviş” adlı film çəkilir. Rəssamın uşaqlıq, gənclik və ahıl dövrlərinin lentə alındığı filmdə onun indiyədək heç yerdə sərgilənməyən və Moskvada saxlanılan 200-ə yaxın əsəri tamaşaçıların diqqətinə çatdırılacaq.

Filmin rejissoru və ssenari müəllifi əməkdar incəsənət xadimi Ələkbər Muradov, quruluşçu rəssamı xalq rəssamı Ağaəli İbrahimov, quruluşçu operatoru Manaf Quliyevdir. Əsas rollarda Nazim Babayev, Hüseyn Rəcəbov, xalq artisti Ramiz Novruzov, Sona Mikayılova və başqaları çəkilirlər.

Filmin çəkilişləri rəssamın anadan olduğu Əmircan qəsəbəsində, Qubada və Göygöldə aparılır./AzərTAc/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar