Sərxoş kuriyer 1,3 milyon dollarlıq əsəri itirib
02 Sentyabr 2010 Cümə Axşamı 18:45
Fransız rəssamın əsərinin oğurlandığı ehtimal olunur.
Nyu Yorkda incəsənət əsərlərinin daşınması üzrə ixtisaslaşan kuriyer XIX əsr Fransa rəssamı Jan Batist Kamil Koronun qiyməti 1,3 milyon dollar olan əsərini itirib. Əvvəlcə şəklin alıcısı ilə görüşən kuriyer alqı-satqı baş tutmadıqdan sonra içki içmək üçün yaxınlıqdakı barlardan birinə gedib. Hadisənin səhəri şəklin sahibinə zəng edən kuriyer rəsm əsərinin harada olduğunu bilmədiyini söyləyib.
Əvvəlcə kuriyerə bir ay möhlət verən kolleksiyaçı sonradan şəklin ortaya çıxmadığını görərək sərxoş kuriyeri məhkəməyə verib.
Hadisəni araşdıran polis kuriyerin bardan çıxarkən rəsm əsərinin əlində olduğunu müşahidə kameraları ilə müəyyən edə bilib, lakin əsərin sonrakı taleyi məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: