Serbiya təmsilçisi müsabiqə mahnısını Azərbaycan dilində oxudu
22 May 2012 Çərşənbə Axşamı 10:04
Müğənni çətin olmasına baxmayaraq Azərbaycan dilində oxumqdan məmnun olduğunu bildirib.
Serbiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Zeljko Yoksimoviç yarışmadakı "Nije ljubav stvar" mahnısını Azərbaycan dilində ifa edib. Eurovision.az saytı xəbər verir ki, müğənni Bakı Caz Mərkəzində ilk dəfə olaraq mahnısını Azərbaycan dilində oxuyub. Tamaşaçılar onun bu addımını ayaqüstə alqışlarla qarşılayıb.

Serbiya təmsilçisi Azərbaycan dilində öyrənməyə çalışdığını deyib. Və çətin olmasına baxmayaraq mahnısını Azərbaycan dilində oxumasından məmnun olduğunu bildirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar