Sənətçilərimizin klipləri artıq seçilib.
19 Yanvar 2009 Bazar Ertəsi 19:25
Yanvarın 30-da yayıma başlayacaq Türk Müzik Birliyi telekanalında (TMB TV) nümayiş etdiriləcək Azərbaycan sənətçilərinin klipləri artıq seçilib.
Bakı. Ülkər Qasımova-APA. Yanvarın 30-da yayıma başlayacaq Türk Müzik Birliyi telekanalında (TMB TV) nümayiş etdiriləcək Azərbaycan sənətçilərinin klipləri artıq seçilib. TMB-nin Azərbaycan üzrə təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Şahin Cavadsoy APA-ya bildirib ki, yerli sənətçilərin 110-a yaxın klipi rejissorlar Aqil M. Quliyev, Ülviyyə Könül, Fuad Əlişov, Kənan MM, Nail Naiboğlu və digər rejissorlar tərəfindən onlara verilib. Hazırda TMB televiziya kanalında nümayiş olunacaq konsertlərlə bağlı Azərbaycanın paytaxtında xüsusi pavilyon hazırlanır. Həmin pavilyonda yerli sənətçilərimiz canlı ifa ilə konsertlər verəcək və həmin konsertlər TMB TV-nin efirində nümayiş olunacaq. TMB-nin əsas rəhbərliyi isə Azərbaycanın bu kanalda yayım saatının daha çox olacağını bildirir. Məlumatda o da qeyd olunub ki, yerli mətbuatda xalq artisti Brilliant Dadaşovanın təmsilçilikdən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara və eləcə də Kamal Cenk İçtenin səlahiyyətli şəxs olması ilə bağlı məlumatlara aydınlıq gətirməsi üçün kanalın Bakı bürosunun rəhbərliyi əllərindəki sənədlərlə yerli mətbuatın qarşısına çıxmağa hazırlaşır. Bu söz-söhbətlərə son qoymaq üçün hazırda Türkiyədə olan Brilliant Dadaşovanın da tədbirə qatılacağı gözlənilir. Qeyd edək ki, Türk Müzik Birliyi telekanalı Türkiyə və Azərbaycanda daxil olmaqla 17 türk cümhuriyyətində yayımlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar