Senet tarixinde ebedileşen aktyor - Hamlet Xanızade
05 İyun 2013 Çərşənbə 08:07
Bu gün cemi 49 il yaşamış emekdar artist Hamlet Xanızadenin doğum günüdür.
Bu gün Azərbaycanın Əməkdar artisti Hamlet Xanızadənin dünyaya gəldiyi gündür. Azərbaycan teatr və kinosunun dahilərindən sayılan Hamlet Xanızadə, yaratdığı obrazları ilə tamaşaçıların yaddaşında qalan aktyorlarmızdan biri olub. O 1941-ci ildə, Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Uşaqlıqdan teatra, kinoya meyilliyi, onu Mədəniyyət və İncəsənət Universitetinə gətirib çixarır. Buranı bitirdikdən sonra, Akademik milli Dram Teatrına işə düzəlir.

Hamlet Xanızadə aktyor kimi fəaliyyət göstərdiyi dövrlərdə bir çox tamaşalarda müxtəlif obrazları canlandırıb. O Dahilərin Divanında Topal Teymur, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağın”da Molla Abbası, dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində müxtəlif obrazları oynayıb. Kinoya isə o 70-ci illərdə gəlir. Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmində Gizir, “Axırıncı aşırım”da Talıbov, “Arxadan vurulan zərbə”də İmaş, “Babək” filmində Xəlifə Mötəsim və bu kimi qəhrəmanları böyük ustalıqla canlandırıb. Onun ən uğurlu ekran qəhrəmanlarından biri “Arxadan vurulan zərbə” filmindəki İmaş obrazı idi. O istər kinoda, istərsə də teatırda tərəf-müqabilləri, səhnəmizin ulduzları sayılan Əliağa Ağayev, Şahmar Ələkbərov, Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova, Həsən Məmmədov və onlarla digərləri olub. Hamlet Xanızadənin bu gün 72 yaşı tamam olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar