Şəkidə gənc sənətkarların sərgisi açılıb
24 Dekabr 2010 Cümə 04:15
Bir həftə davam edəcək sərgidə gənc sənətkarların yüzlərlə əl işləri nümayiş etdirilir
Şəhər Gənclər və İdman İdarəsinin və “Gənc Novatorlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə dekabrın 23-də Şəki Dövlət Rəsm Qalereyasında gənc sənətkarların “Şəki-sənət-2010” sərgisi açılıb. “Şəki-Azərbaycanın Sənətkarlıq Paytaxtı-2010” ili çərçivəsində təşkil edilən bu sərgiyə gənc sənətkarların, habelə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri tələbələrinin əl işləri təqdim olunub.

Mərasimi giriş sözü ilə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov açaraq sərginin milli mənəvi dəyərlərimizdən olan el sənətkarlığının gənclər arasında daha geniş təbliğinə nail olmaq, onlarda bu sahəyə maraq oyatmaq, habelə gənc sənətkarların əl işləri ilə ictimaiyyəti tanış etmək məqsədi daşıdığını bildirib
.
Şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov çıxış edərək “Şəki-Sənətkarlıq Paytaxtı-2010” ili çərçivəsində burada xalq tətbiqi sənəti, dekorativ və milli təsviri sənət ənənələri ilə bağlı həyata keçirilən silsilə tədbirlər barədə məlumat vermiş, gənc sənətkarlara uğurlar arzulamış, tövsiyələrini bildiriblər.

Sərgidə iştirak edən gənc sənətkarlara şəhər gənclər və idman idarəsinin, mədəniyyət və turizm şöbəsinin diplom və qiymətli hədiyyələri təqdim edilib.

Daha sonra sərgiyə baxış olmuşdur. Qeyd edək ki, bir həftə davam edəcək sərgidə gənc sənətkarların yüzlərlə əl işləri nümayiş etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar