Konsert zamanı “Axşam səfası” mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslana xüsusi təşəkkürlərini bildiriblər. Daha sonra “Axşam səfası” kollektivi Şəki şəhər icra başçısı ilə birlikdə müşavir Seyid Ahmet Arslanı çıxış etmək üçün səhnəyə dəvət ediblər. S. Ahmet Arslan çıxışı zamanı Şəki festivalı haqqında fikirlərini belə şərh edib: “Mən bu festivalı təşkil edən bütün qurumlara, xüsusi ilə Şəki şəhər icra başçısına öz minnətdarlığımı bildirirəm. “Azərbaycan candır, Şəki isə bizim canımızdır”-deyə qeyd edib.
Onu da deyək ki, “Axşam Səfası” kollektivinin konerti çərçivəsində Azərbaycanın xalq artisti Məleykə Əyyubova və müğənnilər Lalə və Nurkan cütlüyü də öz ifalarını nümayiş etdiriblər.















Şərhlər