Şəki xanlarının nəslindən olan şairin divanı nəşr olunub
15 Mart 2011 Çərşənbə Axşamı 05:11
Mustafa ağa Şuxinin “Divan”ı işıq üzü gördü
Azərbaycan Milli Elmlər Akaemiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XIX əsrdə yaşamış Azərbaycan şairi Mustafa ağa Şuxinin lirik şeirlərdən ibarət “Divan”ını nəşr etdirib. Şəki xanlarının nəslindən olan şairin divanı Əlyazmalar İnstitutunda saxlanılan iki avtoqraf əlyazması əsasında tərtib edilib. “Nurlan” nəşriyyatında işıq üzü görən kitabdakı şeirlərin əksəriyyəti məhəbbət mövzusundadır. Bununla yanaşı “Divan”da Şəkinin tərifinə həsr olunan, mütərəqqi ideyaları təbliğ edən şeirlər də yer alıb. Kitabı nəşrə hazırlayan və “ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevadır. Yeni nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimovdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar