Səfurə "Eurovision" üçün hazırlanmış geyimdə məşq edib
22 May 2010 Şənbə 17:00
Təmsilçimiz Səfurənin geyiminə xüsusi işıq effektləri quraşdırılıb.
"Eurovision 2010" təmsilçimiz bu gün Norveçin paytaxtı Osloda yerləşən “Telenor Arena”da ikinci məşqini keçirib. Səfurə Əlizadə bu məşqini "Eurovision" mahnı müsabiqəsi üçün hazırlanmış geyimdə edib. Təmsilçimizin mavi rəngli geyimi ifa edəcəyi “Drip drop” mahnısına uyğun hazırlanıb.

Səfurənin geyiminə xüsusi işıq effektləri quraşdırılıb. Geyimi tanınmış dizayner Franseska Rosella hazırlayıb.

Məlum olduğu kimi, Səfurə Əlizadə mayın 27-də beş nəfərlə səhnəyə çıxacaq. Onlardan biri oğlan rəqqasdır. Azərbaycan təmsilçisini səhnədə bek-vokal ifaçıları - Samanta Povel, Mirlen Stand, Anna Begehnoltz və Johanna Erikson müşayiət edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar