Şefiqə Axundova: heyatımı senetime qurban vermişem
26 Aprel 2013 Cümə 14:19
Şefiqə Axundova 89 yaşında belə düşünür.
"Həyatımı sənətimə qurban verdim. Mənim heç vaxt şəxsi həyatım olmadı." 89 yaşlı görkəmli Azərbaycan bəstəkarı Şəfiqə Axundova 89 yaşında bu qənaətə gəlib.
Şərqdə ilk operanın müəllifi, bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundova qafqazinfo.az-a müsahibəsində uzun sürən sənət yollarını qısa olaraq belə şərh edib: "Sənət yolları çox çətindir. Həyatımı sənətimə qurban verdim. Mənim heç vaxt şəxsi həyatım olmadı."
Şəfiqə xanım heç vaxt şəxsi həyatına zaman ayırmadığını bildirib: "Mən cavan vaxtlarımda biri ilə görüş təyin edirdim, amma getmirdim. Bilirsiniz niyə? Çünki, vaxtım olmurdu. Əlimdə işim olurdu, mahnılar bəstələyirdim. Mənə ilham gələndə onu yarıda qoyub görüşə gedə bilməzdim. Mən sənətimə çox sadiq olmuşam. Heç vaxt sənətimə görə peşiman olmamışam."
DOSTLARINLA PAYLAŞ: