Saz öyrənmək istəyənlərə müjdə
30 Oktyabr 2012 Çərşənbə Axşamı 05:23
Aşıqlar Birliyində ödənişsiz saz kursu fəaliyyətə başlayıb.
Azərbaycan Aşıqlar Birliyində (AAB) ödənişsiz saz kursları fəaliyyətə başlayıb. AAB-nin mətbuat katibi Musa Nəbioğlunun verdiyi məlumata görə, son vaxtlar yeniyetmələr və gənclər arasında aşıq sənətinə marağın xeyli dərəcədə artması nəzərə alınaraq qurumun nəzdində pulsuz kurs təşkil edilib.

Burada məşğələləri tanınmış saz ifaçısı, sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli və həmin ali məktəbin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparacaqlar.
Kursa gələnlər burada ifaçılıqla yanaşı, aşıq sənəti haqqında nəzəri biliklər və onun tarixi, klassik ustad aşıqlarımızın həyat və yaradıcılıqları barədə da məlumat ala biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar