Satira və Qəzəl müsabiqəsi Mirzə Ələkbər Sabirin vəfatının 100 illiyinə həsr olunub.
M.Ə. Sabirin vəfatının 100 illiyinə həsr olunmuş Satira və Qəzəl Müsabiqəsi keçiriləcək. ANS PRESS-in məlumatına görə, qəzəl.az mədəniyyət portalı görkəmli Azərbaycan şairi, Azərbaycan poeziyasında inqilabi-satira məktəbinin əsasını qoymuş maarifpərvər ziyalı Mirzə Ələkbər Sabirin vəfatının 100-cü ildönümü (1911-2011) münasibətilə Ümumrespublika Satira və Qəzəl Müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim olunmuş əsərlər, münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblərin mükafatlandırılma mərasimi olacaq. Obyektivliyin gözlənilməsi məqsədilə münsiflər heyətində təmsil olunan mütəxəssislərin adları müsabiqənin son gününə qədər açıqlanmayacaq. Mükafatlandırma mərasiminin, may ayının sonlarında Azərbaycan Yazıçılar Birliyində keçirilməsi nəzərdə tutulur.
İlk üç yerə layiq görülmüş əsərlərin sahibləri aşağıdakı kimi mükafatlandırılacaqlar:
I yer – 150 AZN;
II yer – 100 AZN;
III yer – 50 AZN.
Bundan əlavə, əsərləri ilk onluğa layiq görülmüş şairlərə fəxri diplomlar təqdim olunacaq, onlar xüsusi marşrutla Şamaxıya 1 günlük səyahətə aparılacaq, M.Ə.Sabirin məqbərəsini ziyarət etmək imkanı qazanacaqlar.
Müsabiqədə yaş və mövzu məhdudiyyəti yoxdur. Əsərlərin qəbulu 20 may 2011-ci ilə qədər davam edəcək.
Müsabiqənin şərtləri:
1. Müsabiqəyə təqdim olunacaq əsərlər microsoft word faylında, 12 ölçülü kompüter şrifti ilə yazılaraq təqdim olunmalıdır;
2. Müsabiqədə obyektivliyin qorunmasının təmin olunması naminə, əsərlərin göndərildiyi elektron poçtlar, özlüyündə bu və ya digər müəllifin adını əks etdirməməli (məsələn:
[email protected] ), ilk görünüşdən elektron poçtun adı ilə müəllifin adı arasında heç bir əlaqə sezilməməlidir (məsələn:
[email protected])
2. Əsərlər indiyədək heç bir yerdə yayımlanmamış və dərc edilməmiş olmalıdır;
3. Hər bir şair müsabiqəyə yalnız 2 şeir təqdim edə bilər;
4. Əsərlərdə azərbaycan dilinin qanunlarına riayət olunmalı, yadtərkibli ifadələrdən və
birləşmələrdən maksimum az istifadə edilməlidir;
5. Plagiatlıq halları aşkarlanacağı təqdirdə, həmin əsərin sahibi müsabiqədən kənarlaşdırılacaq. ANSPRESS