Şahin Növresli Parisde konsert verdi
12 Fevral 2014 Çərşənbə 06:06
Şahin Növresli konsertde Azerbaycan ve Avropa cazmenlerinin eserleri ile yanaşı, özünün bestelediyi musiqi parçalarını ifa edib.
Fevralın 11-de Parisdeki Azerbaycan Medeniyyet Merkezinde fransız musiqi severlerine yaxşı tanış olan Montrö beynelxalq caz festivalının laureatı, Azerbaycanın emekdar Artisti Şahin Növreslinin solo konserti teşkil keçirilib.

Konsert Azerbaycanın Fransadakı sefirliyinin teşkilatçılığı ile baş tutub. Sefir Elçin emirbeyov tedbirde çıxış ederek, ölkemizde caz musiqisinin populyar olduğunu, onun son iller inkişaf etdiyini, 1960-cı illerde cazın Azerbaycan xalqının enenevi musiqisi olan ve UNESCO-nun qeyri-maddi medeni irs siyahısına daxil edilen muğamla sintez edilerek yeni caz-muğam musiqi janrının yarandığını diqqete çatdırıb, bu sahede Vaqif Mustafazade, Rafiq Babayev ve diger istedadlı bestekar - ifaçıların yetişdiyini vurğulayıb.

Virtuaz ifaçı Şahin Növreslini Azerbaycan cazının yeni neslinin istedadlı nümayendesi kimi deyerlendiren sefir, onun müxtelif beynelxalq caz festivallarında ölkemizi layiqince temsil etdiyini, bu yaxınlarda “Bayatı” albomunu buraxdığını xatırladıb ve Fransada defelerle çıxış etdiyini bildirib. Ş. Növresli konsertde Azerbaycan ve Avropa cazmenlerinin eserleri ile yanaşı, özünün bestelediyi musiqi parçalarını ifa edib.

Konsertde fransız ictimaiyyetinin nümayendeleri, tanınmış medeniyyet xadimleri, incesenet ustaları, Azerbaycanın UNESCO yanındakı daimi nümayendeliyinin emekdaşları, diaspora temsilçileri ve azerbaycanlı telebeler iştirak edibler.

Qonaqlara Azerbaycan musiqisi ile bağlı Heyder Aliyev Fondu terefinden neşr edilmiş broşürlar teqdim edilib.









DOSTLARINLA PAYLAŞ:

oyunlar