Sabir Rüstəmxanlının yeni kitabı çapdan çıxıb
26 Sentyabr 2012 Çərşənbə 15:33
Xalq şairi Sabir Rüstəmxanlının «Əbədi sevda» adlı şeirlər kitabı çapdan çıxıb.
VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Təhsil» nəşriyyatı tərəfindən son dərəcə nəfis şəkildə dərc olunan kitabda toplanan şeirlər «İçimdəki dərd ağacı», «Yurdun bayrağı», «Mən demədim», «Tanrıyla görüş», «Sevgimə toxunma», «Dostların qəlbimdə ucalan yeri», «Təklik», «Qoşmalar, gəraylılar» və s. bölmələrə ayrılıb.

Sabir Rüstəmxanlının sözlərinə yazılmış və artıq dillər əzbəri olan mahnı mətnləri də «Mahnılar» adlı ayrıca bölmədə verilib. Kitaba həmçinin şairin «Orxonla görüş» və «Atəş böcəyi» poemaları daxil edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar